Ermənilər işğal dövründə 112-i abidəni tamamilə məhv edib
15:08 21 May 2021
“Azərbaycanın işğaldan azad edilən torpaqlarında yerləşən həm xüsusi mühafizə olunan ərazilərdə, həm meşələrdə, həm çaylarda, həm də xammal ehtiyatlarında, qeyri-meşə fondunda kəsilmiş ağaclar üzrə monitorinqlər keçirilib”.
Bunu Femida.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev deyib.
Onun sözlərinə görə, monitorinqlər Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarında, eyni zamanda Xocavəndin bir hissəsində aparılıb: “Həmin ərazilərdə xeyli miqdarda ağac kəsilməsi, o cümlədən təbiət abidələrinin məhv edilməsi faktları aşkarlanıb. Onlar artıq sənədləşdirilib və ilkin qiymətləndirmə aparılıb. Bir çox yerlər minalanmış ərazilər olduğu üçün o ərazilərdə monitorinq keçirmək mümkün olmayıb”.
Müdir müavini qeyd edib ki, Oxçuçayın həddən çox çirklənməsi nəticəsində orada olan balıqlara, xüsusilə də Azərbaycanın “Qırmızı kitabı”na düşən və nadir növ olan qızıl xallı balığın məhv olması faktları da var: “Xüsusi sənədləşmələr aparılıb, aidiyyəti üzrə, eləcə də beynəlxalq təşkilatlara müəyyən müraciətlər olunub. Monitorinqlər zamanı 121 təbiət abidəsinə baxış keçirilib. Həmin təbiət abidəsinin 112-si tamamilə kəsilib aparılıb. Onlar bununla kifayətlənməyib ağacları kəsib aparandan sonra dibini yandırıblar ki, bir daha çıxmasın. Onlar eyni zamanda tut bağlarını da kütləvi şəkildə məhv ediblər.
Xüsusi qiymətli Araz palıdı meşəsinə ilkin baxış zamanı oranın 250 hektar ərazisinin tamamilə dağıdılıb aparıldığı, yerinin yandırıldığı aşkar edildi. Həkəri çayı boyunca Azərbaycanda olan hissəsində yaşıllıqlar tamamilə məhv edilib. Bütün rəqəmlər dəqiqləşdirilir. Qarabağ bölgəsində 2 000-dən çox bitki növü var. Bunlar hamısı təsirlərə məruz qalıb, fauna və flora məhv olub. Baxış keçirilən təbiət abidələri olan qədim ağaclar Füzuli, Cəbrayıl, Ağdam Qubadlı və Zəngilanda olub. Laçın, Kəlbəcər, Xocavənd, Xocalı ərazisinə hələlik baxış keçirmək mümkün olmayıb”.
Femida.az
Oxunub: 798
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib, ermənilərin canlı qüvvəsi və texnikası məhv edilib - VİDEO
- Azərbaycan hərbçiləri Zod qızıl mədənindən görün nə tapdılar: Ermənilərin...
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”
- Çavuşoğlu etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib
- Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Zakir Həsənov ermənilərin təxribatlarına dərhal adekvat cavabın verilməsi barədə tapşırıqlar verib