Qaxda polis əməkdaşına atəş açılıb


15:23     21 May 2021 2021/05/polis-qeza_1621596417.jpg

Qaxda polis əməkdaşına atəş açılması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sözügedən polis əməkdaşı səhər işə gələrkən yolun kənarında iki nəfər silahlı şəxs görüb. Polis həmin şəxslərə yaxınlaşaraq silahın qanuni olub-olmadığı ilə maraqlanıb. Bu zaman onlardan biri polisə atəş açıb. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 499