Naxçıvandakı təlimə kəşfiyyat və xüsusi təyinatlı bölmələr cəlb olunub


18:57     22 May 2021 21_05_22_1621695507.jpg

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi davam edir.

Femida.az -ın məlumatına görə, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərində işlənilib, qəbul edilmiş qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.

Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Ordu aviasiyasının havadan himayəsilə taktiki desantın düzən əraziyə və çətin relyefə malik hakim yüksəkliyə çıxarılması həyata keçirilib. Kəşfiyyat və xüsusi təyinatlı bölmələr çətin dağ şəraitində diversiya-təxribat xarakterli fəaliyyətləri icra ediblər.

Açar sözlər:

Oxunub: 631