Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn edilib


19:22     22 May 2021 21_05_22_1621695553.jpg

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbər Qənbərli dəfn edilib.

Femida.az xəbər verir ki, mərhum doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 1067