İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu
09:11 23 May 2021
Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.
Femida.az xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.
Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.
Finala Azərbaycan, Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino təmsilçiləri qatılıb.
Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında “Mata Hari” mahnısını ifa edib. Samirə Əfəndi müsabiqəni 20-ci sırada başa vurub.
Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb.
Oxunub: 581
Oxşar xəbərlər
- İtaliya Ukraynaya ən son texnologiya ilə hərbi yardım göndərir
- İtaliya Azərbaycanla qaz tədarükünün artırılmasını müzakirə edib
- İtaliyaya səfər etmək istəyənlərin nəzərinə
- İtaliya Azərbaycanın adını "D" siyahısına daxil edib
- İtaliyada alma boyda dolu düşdü
- İtaliya Senatında Ermənistanın törətdiyi cinayətlərdən danışılıb
- İtaliyalı deputatlar Ermənistandan mina xəritələrinin verilməsini tələb edir
- İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı
- İtaliya səfiri Türkiyə XİN-ə çağırılıb
- İtaliya mətbuatı Qarabağdakı mina təhlükəsindən yazdı