Çində dağ marafonu zamanı 16 nəfər ölüb, 5 nəfər itkin düşüb


09:38     23 May 2021 21_05_23_1621745507.jpg

Çinin şimal-qərbində Qansu şəhərində keçirilən dağ marafon zamanı azı 16 nəfər ölüb, 5 nəfər itkin düşüb.

Femida.az Sinxua agentliyinə istinadən xəbər verir ki, 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında başlayıb.

Yarış zamanı hava şəraitinin kəskin pisləşməsi görmə məhdudiyyətinə səbəb olub. Xilasetmə qrupları şənbə günü Bakı vaxtı ilə 23:00-da 16 nəfərin ölən və itkin düşənlərlə bağlı məlumatı təsdiqləyib. İtkinlərin axtarışı davam edir.

Yarış dayandırılıb.

Açar sözlər:

Oxunub: 744