Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb


10:59     23 May 2021 21_05_23_1621750826.jpg

alyan rayonunun Qarabağlı kəndində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 21-də Salyan rayonunun Qarabağlı kəndində "Mercedes" markalı avtomobilin vurduğu kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 42 yaşlı yaralını xilas etmək mümkün olmayıb.

O, aldığı ağır xəsarətlərdən reanimasiya şöbəsində bu gün saat 9.00-da vəfat edib.

Açar sözlər:

Oxunub: 765