Xırdalanda binanın damından meyit tapılıb


19:19     23 May 2021 2021/05/meyit_yeni123_1621783239.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Femida.az-a FHN-dən bildirilib.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Əliyev Ruslan Rafiq oğlunun meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 555