Maşının vurduğu 8 yaşlı uşaq xəstəxanda öldü


14:31     24 May 2021 piyada_usaq.jpg

Bakıda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 21-də saat 20 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq mayın 22-də orada ölüb. Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 425