Peyvənd olunanların sayı 2 milyona çatır


19:23     24 May 2021 21_05_24_1621869223.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 987 084, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 398, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852 686 təşkil edir.

Femida.az

Açar sözlər: #vaksinasiya  

Oxunub: 728