İranın xarici işlər naziri Azərbaycana səfəri başladı


21:58     24 May 2021 21_05_24_1621879843.jpg


İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.

Bu barədə Femida.az-a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır. Qeyd edək ki, səfər Azərbaycanla İran arasında arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.

Femida.az


Açar sözlər:

Oxunub: 751