Ceyhun Bayramov Avstriyada ATƏT-in baş katibi ilə görüşəcək


09:02     25 May 2021 21_05_25_1621924363.jpg


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #CeyhunBayramov   #ATƏT  

Oxunub: 610