Qarabağda heç bir təxribat qeydə alınmayıb - Rusiya MN


10:10     25 May 2021 21_05_25_1621924843.jpg


Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, sülhməramalı kontingent nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edir. Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı hər hansı təxribat xarakterli hərəkət baş verməyib.

Müşahidə məntəqəsinin komandiri Sergey İvanovun sözlərinə görə, postda bütün nəqliyyatın nəzərə alındığı nəzarət-müşahidə məntəqələri yaradılıb: "Bölgənin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilir".

Bundan əlavə, müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri aparır, pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün təlimlər keçirir.

Femida.az

Açar sözlər: #Qarabağ   #Rusiya  

Oxunub: 425