Azad edilmiş rayonlarda 409 yaşayış məntəqəsi tamamilə dağıdılıb - Nazirlik
10:59 25 May 2021
İşğaldan azad olunmuş ərazilərimizdə inventarlaşdırma işləri davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.
Artıq 10229 daşınmaz əmlak və 2817 infrastruktur obyekti olmaqla, 13046 əmlakın inventarlaşdırma işləri tamamlanıb.
Bununla yanaşı, 1532 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin (kanallar, arxlar və s.) inventarlaşdırılması başa çatdırılıb. 478 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq (elektron xəritələşmə) elektron məlumat bazasına daxil edilib.
Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.
Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb
- Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb
- Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
- Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb
- Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb
- Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb