Son sutkada 284 yoluxma oldu


17:09     25 May 2021 2021/01/covid_yeni_1610459785.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib, aktiv xəstə sayı 6 340 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, ötən müddət ərzində isə ümumilikdə 3 468 615 test aparılıb.

Açar sözlər:

Oxunub: 317