FHN əməkdaşları qəzaya düşüb, yaralananlar var


18:33     25 May 2021 21_05_25_1621951865.jpg

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, hadisə bu gün günorta saatlarında paytaxın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə yerinə gedən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili qəzaya uğrayıb. Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 612