Ali Məhkəmənin yeni hakimi and içdi


20:06     25 May 2021 21_05_25_1621958840.jpg

Mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.

Ali Məhkəmədən Femida.az-a verilən məlumata görə, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair və kassasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə baxılması, o cümlədən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığının həllinə dair məhkəmə tərkiblərinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunub və qərar qəbul edilib.

Plenumda “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən Ali Məhkəmənin hakimləri sırasından Hakimlərin Seçki Komitəsinə namizədlərin təklif olunması ilə əlaqədar məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kərimov Səyyad Əli oğlu "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Bununla da Plenum öz işinə yekun vurub.

Açar sözlər:

Oxunub: 801