Ermənistanda daha bir əsgər intihar edib


09:31     26 May 2021 bir%20ermeni%20de%20bele%20getdi.jpg

Ermənistan ordusunun əsgəri Mqer Ovannisyanın intiharı ilə bağlı cinayət işi açılıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, hərbçi mayın 25-də saat 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomatdan başına atəş açaraq özünü öldürüb.

“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə aparılıb, orada onun ölümü qeydə alınıb”, - məlumatda bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi hadisənin odlu silahdan ehtiyatsız davranma nəticəsində baş verməsi barədə məlumat yaymışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 364