Neftçalada 10 ton çətənə kolu məhv edilib


14:38     26 May 2021 21_05_26_1622025524.jpg


Neftçalada yabanı halda bitən 10 ton çətənə kolu məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mikayıllı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 10 ton olan 11 132 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 603