Mayın 28-i avtobuslar və Bakı-Sumqayıt qatarı işləyəcək - RƏSMİ


14:58     26 May 2021 21_05_26_1622031841.jpg


28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Mayın 28-də paytaxtda ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

Qarşıdan gələn 28 may – Respublika Günündə Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürət qatarları hərəkətdə olacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Bununla belə, həmin gün qatarlar qeyri-iş günləri üçün nəzərdə tutulmuş xüsusi qrafik əsasında (məhdud sayda) hərəkət edəcək.

Femida.az

Açar sözlər: #Bakı   #28ma   #qatar   #avtobus  

Oxunub: 676