Gəncə bazarında qadın qətlə yetirilib


18:59     26 May 2021 bicaq.jpg

Gəncə şəhərində qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin "Gəncə Səbəti" adlanan bazarda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Gülay Amanova keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qafar Amanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 844