AQTA sədri müraciət yaydı - VİDEO


13:25     27 May 2021 21_05_27_1622107953.jpg

7-iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.

Femida.az-ın xəbərinə görə, vətəndaşların diqqətini bu mövzuya çəkmək üçün AQTA BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirlər həyata keçirir.

Bu il həyata keçirilən tədbirlər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli sosial şəbəkələrdə videomüraciətlə çıxış edib, mövzunun aktuallığını vətəndaşların diqqətinə çatdırıb:

“Əziz həmvətənlər, 7 İyun - Ümumdünya Qida təhlükəsizliyi Günüdür. Təhlükəsiz qida ilə sağlama gələcəyə birgə addımlayaq. Unutmayaq ki, qida təhlükəsizliyi hamımızın işidir. Hər kəsin diqqətini bu vacib məsələyə cəlb etmək üçün BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbərliyi Mələk Çaxmağı bizə qoşulmağa dəvət edirəm”.



Femida.az

Açar sözlər: #AQTA  

Oxunub: 403