Vətən Müharibəsi qəhrəmanları ilə bağlı qanunlara bir sıra dəyişikliklər edildi - DETALLAR


15:44     27 May 2021 21_05_27_1622118428.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər: #Vətən   #Müharibə   #qəhrəman   #qanun  

Oxunub: 6716