Şabranda narkotik becərən şəxs tutulub


11:11     28 May 2021 21_05_28_1622184782.jpg

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şahnəzərli kənd sakini Eyvaz Qafarov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 19 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 1004