Türkiyənin Vitse-prezidenti Azərbaycanı təbrik edib


15:03     28 May 2021 2021/05/26743-1622199672_1622199886.jpg

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay 28 May – Respublika Günü münasibətilə bayram təbriki paylaşıb.

Femida.az xəbər verir ki, Tviter sosial şəbəkə hesabına bayraqlarımızın dalğalandığı Azərbaycan və Türkiyə qardaşlığını tərənnüm edən videoçarx paylaşan Vitse-prezident Fuat Oktay “Azərbaycan 103 yaşında” başlıqlı təbrikində yazıb:

“1918-ci il mayın 28-də müstəqilliyini elan edən dost və qardaş Azərbaycan Respublikasının yaranmasının ildönümü mübarək olsun. Azərbaycanlı qardaşlarıma sevgi və ehtiramımı göndərirəm”.

Açar sözlər:

Oxunub: 915