Masallıda yeni məhkəmə kompleksi inşa olunub


13:55     29 May 2021 2020/08/mehkeme_esas_1596800956.jpg


Masallıda yeni məhkəmə kompleksi inşa olunub.

Femida.az xəbər verir ki, Masallı Məhkəmə Kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə tikilib.

Kompleks “ASAN Həyat” kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi ərazidə inşa edilib. Kompleksdə rayon məhkəməsi ilə yanaşı, kommersiya və inzibati məhkəmələr, o cümlədən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaq. Burada yaradılan müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə hərtərəfli imkan yaradıb.

Femida.az

Açar sözlər: #Masallı   #məhkəmə  

Oxunub: 5145