Şəmkirdə birmərtəbəli evdə yanğın olub


09:38     30 May 2021 2020/09/yangin-yeni_1600492363.jpg

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 100 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin (1 otağında yaşayış var) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1226