Adil Karaismailoğlu: Naxçıvan-Qars layihələrini yekunlaşdırmışdıq


13:26     30 May 2021 21_05_30_1622366839.jpg

"Dünən Çamlıca qülləsinin açılışını etdik, orada bir yerdə idik. Bilirsiniz, Çamlıca qülləsində Azərbaycan bayrağını dalğalandırmışdıq. Türkiyədə, bütün dünyada çox böyük rəğbət oyatmışdı, çox gözəl olmuşdu. Canımız, dostumuz Azərbaycan hər zaman bizim qardaşımız, bizim vətənimizdir. Sizin uğurlarınızı həmişə bizim uğurlarımız olaraq gördük. İnşallah, bundan sonra cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daim dost olaraq bütün dünyaya səsimizi eşitdirəcəyik".

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Adil Karaismailoğlu deyib: "Qardaşlarımız bizə gəlmişdilər, layihələrimizi müzakirə etmişdik. İnşallah, bu minvalla Sizin də göstərişinizlə bütün layihələrimizi bir-bir yerinə yetirəcəyik. Sabah da tikinti meydançalarına gedib iş adamlarımızın gördükləri işləri yoxlayacaq, onların işləri sürətləndirməsi və düzgün yerinə yetirmələri ilə bağlı tapşırıqlarımızı verəcəyik. İnşallah, bu birliyimiz əbədi davam edəcək.

Biz də dəmir yolu məsələsində çalışırıq, Prezidentimizə də məlumat verdik. Xüsusilə Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq. İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.

Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq".

Femida.az

Açar sözlər:

Oxunub: 1074