Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


12:34     31 May 2021 21_05_31_1622446471.jpg

Hazırda Gürcüstan həbsxanalarında 103 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.

Aylıq müqayisədə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 4 nəfər azalıb. Onların 9-u ittiham olunan, 94-ü 3-ü yeniyetmə olmaqla məhkumdur.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artaraq 26 olub. Onların 23-ü kişi, 3-ü qadındır.

Qonşu ölkədə 530 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, probasiya nəzarətində isə 239 nəfər xarici ölkə vətəndaşı var.

Açar sözlər:

Oxunub: 848