Azad edilmiş ərazilərdə nə qədər mina təmizlənib? - AÇIQLANDI


15:05     01 İyun 2021 anama.jpg


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 369, tank əleyhinə 74 mina və 1090 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 7 395 308 m² (739,5 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il mayın 31-dək piyada əleyhinə 7449, tank əleyhinə 3643 mina və 9033 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 27 635 309 m² (2763,5 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Femida.az

Açar sözlər:

Oxunub: 236