BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib


18:43     01 İyun 2021 2019/01/antonia-qutteres_1547799317.jpg

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Femida.az-;n məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, biz bu çətin vaxtlarda hər bir ölkənin dünyada insanların sağlamlığına verdiyi əhəmiyyətli töhfələri bir daha xatırlayırıq. COVID-19 pandemiyasına qalib gəlməyimiz üçün birgə işlədiyimiz bir vaxtda biz daha davamlı, dayanıqlı və ədalətli cəmiyyətlərin qurulması üçün hərtərəfli bərpa işlərini düzgün həyata keçirməliyik. Biz iqlim dəyişikliyi məsələsi ilə bağlı cəsarətli addımlar atmalı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri daha da artırmalıyıq.

Sizin Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi, hamı üçün daha gözəl və dinc bir dünyanın qurulması istiqamətində ölkənizin dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Açar sözlər:

Oxunub: 1174