Türkiyədə yoluxma sayı yenidən artır


22:23     01 İyun 2021 2021/06/son-d-1622569714_1622571807.jpg

Türkiyədə son sutka ərzində 129 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 7112 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 256 min 516, pandemiya qurbanlarının sayı isə 47 min 656 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 124 min 81 pasiyent (son sutkada 9457 nəfər) sağalaraq evə buraxılıb.

Açar sözlər:

Oxunub: 368