Ombudsman məhkəmədə erməni terrorçularla görüşdü - FOTOLAR
13:32 02 İyun 2021
Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə cinayət törətməkdə, humanitar hüquqla müdafiə olunan digər şəxsləri girov saxlamaqda, onlara işgəncə verməkdə təqsirli bilinən iki üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak edib.
Femida.az xəbər verir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən hazırlıq iclasında Ombudsmanla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndələri də iştirak ediblər.
Silahlı qrupun üzvlərinin saxlanıldığı müəssisəyə onların saxlanma şəraitinin, hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə Ombudsman tərəfindən bir neçə dəfə başçəkmə həyata keçirilib və bununla bağlı xüsusi hesabatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.
Femida.az
Oxunub: 1471
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub