Ermənistanda gizlədilən cəsədlərin yeni görüntüləri yayıldı - VİDEO


14:26     02 İyun 2021 21_06_02_1622627856.jpg

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrin erməni seqmentində ikinci Qarabağ müharibəsində ölən hərbçilərin plastik torbalara bükülmüş cəsəd və qalıqlarının əks olunduğu fotolar yayılıb.

Femida.az-ın məlumatına görə, bu gün itkin düşmüş hərbçilərin yaxınları fotoların çəkildiyi zirzəmiyə daxil olaraq oradan videogörüntülər paylaşıblar.

Yerli medianın yaydığı məlumatda deyilir: "Bu, utancverici faktdır. İtkin düşən hərbçilərin valideynləri, ölən əsgərlərin cəsədlərinin bir neçə ay gizlədilmiş tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisinə daxil olublar.

Fotoların yayıldığı məkanda olan valideynlər burada soyuducu olduğunu, plastik torbalardakı hərbçi cəsədlərinin saymazyana yerə atıldığını və qalıqların çürüməsi səbəbiylə əraziyə kəskin qoxunun yayıldığını bildirirlər. Bütün bu biabırçı kadrları itkin düşən əsgərlərin valideynləri yaydılar".



Xatırladaq ki, dünən Ermənistanın səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyan ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin cəsədlərinin zirzəmidə saxlanılmasına görə, onların ailələrindən üzr istəyib. Nazir bildirib ki, bu, onun səhvidir, çünki qalıqların daşınmasından sonra şəxsən onların lazımi şəraitdə saxlanılması ilə məşğul olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 790