İsrailin yeni prezidenti bu şəxs oldu


15:41     02 İyun 2021 21_06_02_1622632337.jpg

İshaq Hersoq İsrail dövlətinin yeni prezidenti seçilib.

Femida.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Məlumata görə, səsvermədə iştirak edən deputatların 87-si İshak Hersoqun, 27-si isə Miryam Peresin lehinə səs verib, 6 deputat tərəfsiz qalıb.

Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında hərbi xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut”yəhudi agentliyinin rəhbəri olub.

Femida.az

Açar sözlər:

Oxunub: 497