Aİ Şurasının Prezidenti Azərbaycanın dövlət başçısına telefonla zəng edib
21:13 02 İyun 2021
İyunun 2-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Femida.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqlayıblar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması məmnuniyyətlə qeyd edilib.
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olunub.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırıb.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb.
Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirib. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulanıb və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 915
Oxşar xəbərlər
- Aİ Rusiya qızılının ixracına qadağa qoyub
- Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- AİB Ukraynaya əlavə 700 milyon dollar ayıracaq
- Aİ ölkələri Ukraynaya 9 milyard avro məbləğində yardım göstərəcək
- Aİ-92 markalı benzinlə bağlı VACİB XƏBƏR: İyun ayının 1-dən...
- Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib
- Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib
- Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır
- Aİ gələn həftə Ukraynaya növbəti hərbi yardımı təsdiqləyəcək