Paytaxtda avtomobillər toqquşdu, xəsarət alan var


10:12     03 İyun 2021 21_06_03_1622696371.jpg

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Femida.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr ərazisində iki avtomobil toqquşub. Qəza zamanı sərnişin, 1958-ci il təvəllüdlü Tahirov Manaf Əlibala oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 939