Yerevanda hərbçilərin meyitlərinin təhqirinə narazılıq edənlər saxlanıldı
10:58 03 İyun 2021
Ermənistan polisinin əməkdaşları ölkənin paytaxtı Yerevanda Səhiyyə Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçılarını saxlayıb.
Bu barədə Femida.az Ermənistan mətbuatına xəbər verir.
Məlumata görə, aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub. Aksiyaçılar nazirliyin binasına polietilen paketlər atmağa başlayıblar.
Qeyd edək ki, aksiya iştirakçıları Ermənistanın səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Anait Avanesyanın istefasını tələb edirlər. Buna səbəb mətbuatda ikinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbi qulluqçuların meyitlərinin Abovyan şəhərinin vərəm xəstəxanasının meyitxanasının döşəməsinə atılmasını əks etdirən foto və videogörüntülərin yayılmasıdır.
Oxunub: 1051
Oxşar xəbərlər
- Yerevanda atışma olub
- Yerevanda Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir
- Yerevanda atışma olub, icra başçısı və daha 3 nəfər yaralanıb
- Yerevanda Paşinyanın əleyhdarlar aeroportun yolunu kəsdilər
- Yerevanda polislə etirazçılar arasında toqquşma olub
- Yerevanda Paşinyana qarşı yeni aksiya keçirilib
- Yerevanda kütləvi etiraz aksiyası başlayıb
- Yerevanda qəza: 4 nəfər ölüb
- Yerevanda Mərkəzi Asiyadan olan inşaatçıları “Azərbaycan casusları” sanıblar
- Yerevanda keçmiş qubernatorun oğlunun avtomobili qarət edilib