Azərbaycanda məhkumlar peyvənd olunur


09:21     04 İyun 2021 21_06_04_1622785702.jpg


Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun olaraq aparılır.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 50-dən yuxarı olan məhkumlara artıq ikinci doza vaksinin vurulması yekunlaşmaq üzrədir.

“40 yaşdan yuxarı məhbuslara birinci doza vaksin vurulub. Vaksinasiya strategiyasına uyğun olaraq 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam edir”, - deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər: #məhkum   #peyvənd  

Oxunub: 5167