Şəhid Orxan Yusubovla Gəncədə vida mərasimi keçirilir


14:12     04 İyun 2021 21_06_04_1622799747.jpg

Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubovla Gəncə şəhərində vida mərasimi keçirilir.

Femida.az -ın xəbərinə görə, şəhid hərbçinin nəşi Gəncədə yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.

Açar sözlər:

Oxunub: 794