Çində kömür mədənində partlayış olub, ölən var


10:25     05 İyun 2021 21_06_05_1622868266.jpg

Çinin mərkəzi Henan vilayətinin Hebi şəhər dairəsində kömür mədənində baş verən partlayış nəticəsində azı bir nəfər ölüb və yeddi nəfər itkin düşüb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən məlumat yayıb.

Türkiyədə bu gün COVID-19-dan 238 nəfər dünyasını dəyişib

Məlumata görə, qaz və kömür tozunun partlaması yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə 13:50) “Hebi Meydyan” şirkətinin mədənində baş verib.

Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1241