Rafael Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır
11:12 05 İyun 2021
Milli Məclisinin sabiq deputatı Rafael Kamil oğlu Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır.
Femida.az -ın xəbərinə görə, həmin şəxs "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovdur.
Qeyd edək ki, İ.Axundovun adı zaman-zaman mətbuatda qalmaqallarda çəkilib. O, dələduzluq ittihamları və övladlarının lüks həyatı və s. ilə gündəmə gəlib.
Xatırladaq ki, R.Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb. Onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxunub: 1301
Oxşar xəbərlər
- Rafael Cəbrayılovun cinayət işində zərərçəkmişlər məhkəməyə məcburi gətiriləcək
- Rafael Cəbrayılovun həyat yoldaşı məhkəmədə çıxış edib
- Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
- Rafael Cəbrayılov villasını 1,5 milyona satışa çıxardı - VİDEO
- Rafael Ağayev Moskvada qalib oldua
- Rafael Ağayev Moskvada finala çıxıb
- Rafael Cəbrayılovun deputat toxunulmazlığına xitam verildi
- Rafael Cəbrayılovun mandatı ləğv edildi
- Rafael Cəbrayılova cinayət işi açılacaq? - Baş prokuror danışdı
- Rafael Ağayev finalda uduzdu