Şəkidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
11:31 05 İyun 2021
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəhər sakini Müzəffər Çələbiyevdən şəxsi axtarış zamanı kibrit qutusunda və bir neçə kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
M.Çələbiyevin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan onun ətrafında əməliyyat tədbirləri davam etdirilib və həmin şəxsin rayondakı bazarlardan birinin ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Qeyd edilən yerə baxış keçirilən zaman oradan kağız bükümlərdə, kibrit qutularında və kisədə ümumi çəkisi 2 kiloqram730 qram qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 1367
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb