Burkina-Fasoda silahlılar kəndə hücum edərək azı 138 nəfəri öldürüblər
10:05 06 İyun 2021
Burkina-Fasonun şimal-şərqində Solhan kəndinə silahlı qruplaşma tərəfindən hücum edilib.
Femida.az “Frans Press”ə istinadən xəbər verir ki, hücum nəticəsində ölənlərin sayı 138 nəfərə yüksəlib.
Öldürülənlərdən 7-si uşaqdır. Silahlılar evləri və kənd bazarını yandırıblar.
Bildirilib ki, 2015-ci ildən bəri bu, ən çox insanın öldürüldüyü hücum olub.
Yerli hökumət ölkədə üç günlük milli matəm elan edib.
Oxunub: 837