Vətən müharibəsi qazisi komaya düşüb


13:00     07 İyun 2021 21_06_07_1623055707.jpg


Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Şahhüseyinov Fizuli oğlu müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Femida.az xəbər verir ki, Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.

Əsgər Şahhüseynov yaralandıqdan sonra döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb.

Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində müalicə alan qazi nitq və eşitmə qabliyyətini itirmişdi.

Məlumata görə, qazi ötən gün günorta saatlarında komaya düşüb.

Hazırda Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində həkimlər qazini həyata qaytarmaq üçün səy göstərirlər.

Allah qazimizə şəfa versin.



Femida.az

Açar sözlər: #qazi  

Oxunub: 1149