Balakəndə 4 ton narkotik vasitə məhv edilib


11:14     08 İyun 2021 21_06_08_1623137720.jpg


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazilriyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 4 ton olan 8500 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 828