Vəkillər Kollegiyası üçün yeni bina ayrıldı


13:49     08 İyun 2021 2021/06/19782-1623144987_1623145793.jpg

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində ümumi sahəsi təxminən 3500 kv.m olan bina ayrılıb.

Femida.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında paylaşım edib.

"Beləliklə, Cənab Prezidentin 2005-ci və 2018-ci illərdə vəkilliyin güclənməsi naminə qəbul etdiyi müvafiq sərəncamlarda Vəkillər Kollegiyası üçün Bakı şəhərində bina ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqlar icra olundu. Xüsusilə mürəkkəb bir məsələ idi. Çox xoşbəxtəm ki, sədr seçildiyim gündən etibarən rast gəldiyim ən çətin problemlərdən biri həllini tapdı. İnanıram ki, tezliklə müasir və modern "Vəkil Evi" vəkillərimizin istifadəsinə veriləcək. Bütün vəkillər adından Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya vəkilliyə göstərdikləri misilsiz dəstəyə görə minnətdarlığımı bildirirəm", - deyə A.Bağırov qeyd edib.

Açar sözlər:

Oxunub: 1148