"Narkobiznes" vətəndaşı şərləyib? - DİN-dən AÇIQLAMA


13:19     09 İyun 2021 21_06_09_1623234041.jpg

"Narkobiznesin" şərləmə əməliyyatı” adı altında paylaşılan iddialar faktsızdır, heç bir sübuta əsaslanmır".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, vətəndaş Valeh Nəbiyevin oğlu Mirələm Nəbiyevə qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları barədə səsləndirdiyi iddialarının bütün təfərrüatları araşdırılıb.

"Araşdırmalarla müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Mirələm Nəbiyev 2020-ci il dekabrın 21-də baş idarənin cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 0,036 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Mirələm Nəbiyevin əməlində cinayət tərkibi olmadığından şübhəli şəxs qismində prosessual statusuna xitam verilərək sərbəst buraxılıb, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsinin tərkib əlamətləri olduğuna görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış material aidiyyəti üzrə Masallı Rayon Polis Şöbəsinə göndərilib. Lakin ötən müddət ərzində Mirələm Nəbiyev Masallı Rayon Polis Şöbəsinə getməkdən yayındığına görə Valeh Nəbiyev müdafiə mövqeyindən çıxış edərək həqiqətə uyğun olmayan məzmunda şikayətlər etməsi oğlunun inzibati xəta təqibindən yayındırmaq məqsədindən irəli gəlir.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, V.Nəbiyevin oğluna qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsi araşdırmalarla aşkar olunmayıb, iddiaların hüquqi əsası yoxdur, həqiqəti əks etdirmir".

Femida.az

Açar sözlər:

Oxunub: 464


Oxşar xəbərlər