Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi


13:44     09 İyun 2021 21_06_09_1623234310.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.


Fonddan Femida.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Femida.az

Açar sözlər:

Oxunub: 1189