Ərdoğan: "Şuşaya ailəvi səfər edəcəyik"


14:31     09 İyun 2021 21_06_09_1623234748.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcək.

Femida.az xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin parlament qrup toplantısında bildirib.

Türkiyə lideri Brüsselə səfərindən sonra Azərbaycana gələcəyini bəyan edib. Ərdoğan, həmçinin Şuşaya ailəsi ilə gedəcəyini vurğulayıb: "Ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana səfərə gələcək.



Femida.az

Açar sözlər: #Ərdoğan   #Şuşa  

Oxunub: 378